Lukaşenko Putini Rusiya Günü münasibətilə təbrik etdi

Lukaşenko Putini Rusiya Günü münasibətilə təbrik etdi

12 İyun 2020 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Günü münasibətilə Vladimir Putini təbrik edib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat verib.

"Bu gün Rusiya dövlətinin qüdrətini və böyüklüyünü, onun çoxəsrlik tarixi, zəngin mədəniyyəti və ənənələri ilə fəxrini simvollaşdırır. Belarusiyada güclü və çiçəklənən Rusiyanın yaradılmasında, insanların layiqli həyat keyfiyyətinin təmin edilməsində və onların rifahının yüksəlməsində qardaş xalqın uğurlarına böyük hörmətlə yanaşılır", - deyə təbrikdə bildirilir.

Bununla yanaşı, Lukaşenko iki dövlət arasında qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanan konstruktiv dialoqun iki ölkə sakinlərinin köklü maraqlarına cavab verəcəyinə, həmçinin regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Oxuməni.az