Zərif 14-15 iyun tarixlərində Ankara və Moskvaya səfər edəcək

Zərif 14-15 iyun tarixlərində Ankara və Moskvaya səfər edəcək

12 İyun 2020 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 14 və 15 iyun tarixlərində Ankara və Moskvaya səfər etməyi planlaşdırır.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib.

A.Musəvi bildirib: "Zərif həmkarları ilə ikitərəfli münasibətlər və ən vacib regional məsələlər ətrafında danışıqlar aparmaq üçün iyunun 14-ü və 15-i Ankara və Moskvaya səfər edəcək".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu, XİN rəhbərinin koronavirus pandemiyası başlayandan sonra ikinci xarici səfəri olacaq.

Oxuməni.az