Belarus parlamenti yeni Baş Nazirin namizədliyini təsdiq edib

Belarus parlamenti yeni Baş Nazirin namizədliyini təsdiq edib

11 İyun 2020 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus parlamentinin aşağı palatasının (Nümayəndələr palatası) deputatları Roman Qolovçenkonun Baş Nazir postuna namizədliyini təsdiqləyiblər.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar Nümayəndələr palatasının bugünkü iclasında qəbul edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 2018-ci ildən Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı sərəncam imzalayıb. İyunun dördündə isə prezidentin müvafiq qərarı ilə Baş Nazir vəzifəsinə R. Qolovçenko təyin olunub. O, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edirdi. Konstitusiyaya görə, yeni Baş Nazirin namizədliyini parlament təsdiq etməlidir.

Oxuməni.az