Hyustonda 9 iyun Corc Floyd Günü elan edilib

Hyustonda 9 iyun Corc Floyd Günü elan edilib

10 İyun 2020 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 9 iyun Corc Floyd Günü elan edilib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Silvestr Tyorner öz "Twitter" səhifəsində yazıb.

S.Tyorner bildirib: "Biz Corc Floydu onun mükəmməl insan olduğuna görə deyil, son nəfəsindən sonra hamımızın rahat nəfəs ala biləcəyinə görə hörmətlə yad edirik. Buna görə mən, Hyustonun meri Silvestr Tyorner, bu günü Hyustonda Corc Floyd Günü elan edirəm".

Şəhərin meri qeyd edib ki, indi Corc Floydun adını Cənubi Afrikadan Kanadaya, Nayrobidən Berlinə və Cənubi Koreyadan Avropaya qədər bütün dünyadakı insanlar bilir.

Oxuməni.az