Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

8 İyun 2020 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın paytaxtı Londonda irqi ayrıseçkilik səbəbilə etiraz aksiyası keçirilib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, etiraz aksiyası zamanı etirazçılar və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bildirilir ki, toqquşmalar zamanı 8 polis əməkdaşı xəsarət alıb.

Məlumata əsasən, etiraz aksiyası zamanı 12 etirazçı polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, iyunun 6-sı Londonda etirazçılar və polislər arasında baş verən toqquşmalarda 14 polis əməkdaşı xəsarət alıb, 29 etirazçı saxlanılıb.

Oxuməni.az