Hindistan Pakistan sərhədində Rusiya S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirəcək
Hindistan Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə raket sistemini özünün işğalı altında olan Cammu və Kəşmirdə Pakistanla Nəzarət Xətti boyunca yerləşdirmək niyyətindədir. Bu barədə Hindustan Times mənbələrə istinadən məlumat verib.
2027-ci ilin fevral ayına qədər Hindistanın Rusiyadan aldığı sonuncu beşinci S-400 sistemi Kəşmirdə yerləşdiriləcək. Mənbələr nəşrə bildiriblər ki, Yeni Dehli həmçinin Nəzarət Xətti boyunca Hindistan sərhəd infrastrukturunu modernləşdirməyi planlaşdırır.
Hindistan əvvəllər Çinlə sərhəd bölgələri qorumaq üçün qərbdəki Pəncab, Rajasthan və Qucarat əyalətlərində, eləcə də şimal-şərqi Assamda S-400 sistemləri yerləşdirmişdi. Hindistanın daha çox Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinə ehtiyacı onların yüksək effektivliyi ilə bağlıdır və bu, Hindistanın 2025-ci ilin may ayında Sindoor əməliyyatı zamanı nümayiş etdirilib.
Əziz Mustafa



















































.jpg)


.jpg)





























