Yüz minlərlə ABŞ sakini şiddətli fırtına səbəbindən elektriksiz qalıb
ABŞ-ın şərqində 900.000-dən çox ev və müəssisə fırtına səbəbindən elektriksiz qalıb. Bu barədə ölkə daxilində elektrik kəsintilərini izləyən PowerOutrage portalının verdiyi məlumatda deyilir.
Pensilvaniya, Nyu-Cersi və Merilend sakinləri fırtınadan ən çox zərər çəkiblər. Bu ştatlarda müvafiq olaraq 196.000, təxminən 175.000 və təxminən 136.000 müştəri elektriksiz qalıb. Elektrik kəsintiləri səbəbindən Merilend hakimiyyəti təxminən iki milyon müştəridən kran suyuna qənaət etmələrini istəyib. Onlar elektrik kəsintilərinin su təmizləyici sistemlərdə nasazlıqlara səbəb ola biləcəyini təxmin edirlər.
Şərq sahili boyunca, xüsusən də Virciniyada daşqınlar qeydə alınıb. Güclü külək əsməsi ağacları yıxır. 25 noyabrdan bəri Nyu-Cersi ştatında fövqəladə vəziyyət qüvvədədir. AFP-nin FlightAware məlumatlarına istinadən verdiyi məlumata görə, güclü yağışlar və fırtınalar ölkə daxilində təxminən 400 uçuşu ləğv edib və daha 2000-dən çox uçuş təxirə salınıb.
Nyu-Cersi kimi fövqəladə vəziyyət elan edilən Nyu-York ştatında 73.000-dən çox ev və müəssisə elektriksiz qalıb. Bu arada Milli Hava Xidməti Nyu-Yorkun Mərkəzi Parkında saatda 77 km sürətlə külək əsdiyini qeydə alıb. Küləyin sürətinin saatda 105 km-ə çatacağı gözlənilir, lakin sonra hava şəraiti yaxşılaşmağa başlayacaq.
Şiddətli hava şəraiti səbəbindən, ənənəvi olaraq 28 noyabrda univermaqlar şəbəkəsi tərəfindən keçirilən Macy's Şükranlıq Günü Paradı 100 ildən sonra ilk dəfə Nyu-York şəhərində təxirə salınıb.
Əziz Mustafa















































.jpg)


.jpg)

































