Ukraynanın altı bölgəsindəki elektrik stansiyalarına hücum edilib
Dnepropetrovsk bölgəsində hazırda təcili elektrik kəsintiləri tətbiq olunur. İstehlakçıların əhəmiyyətli bir hissəsi elektriksiz qalıb.
Cümə səhəri Rusiyanın hücumları səbəbindən Ukraynanın altı bölgəsində yeni elektrik kəsintiləri qeydə alınıb. Bu barədə Ukrenergo 27 noyabrda məlumat verib.
Son 24 saat ərzində düşmənin ölkənin əsas enerji obyektlərinə və paylayıcı şəbəkələrinə yenidən zərbə endirdiyi bildirilib.
"Nəticədə, Dnepropetrovsk, Zaporojye, Kirovograd, Sumı, Xarkov və Xerson vilayətlərindəki istehlakçılar bu səhər elektrik enerjisiz qalıb", - deyə açıqlamada bildirilir.
Dnepropetrovsk və Xerson vilayətlərində vəziyyət kritik olaraq qalır. Bu bölgələrdəki istehlakçıların xeyli hissəsi Rusiyanın hücumları səbəbindən elektrik enerjisiz qalıb.
"Təhlükəsizlik vəziyyəti imkan verdiyi hər yerdə bərpa işləri davam edir. Enerji işçiləri istehlakçılara elektrik enerjisini mümkün qədər tez bərpa etmək üçün hər cür səy göstərirlər. Eyni zamanda, təkrarlanan atəş və daimi hava hücumu sirenləri işi çətinləşdirir, buna görə də enerji təchizatını bərpa etmək daha çox vaxt tələb edəcək", - deyə "Ukrenergo" izah edib.
Eyni zamanda, Ukraynanın bəzi bölgələrində saatlıq elektrik kəsintiləri cədvəlləri (0,5-dən 3,5 dəfəyə qədər) qüvvədədir və sənaye üçün elektrik enerjisinin məhdudlaşdırılması cədvəlləri qüvvədədir.
Əziz Mustafa















































.jpg)


.jpg)

































