Kanada Parlamenti ABŞ səfirinin arzuolunmaz şəxs elan edilməsini tələb edib

Kanada Parlamenti ABŞ səfirinin arzuolunmaz şəxs elan edilməsini tələb edib

10:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ottavadakı səfiri Pit Hoekstranın geri çağırılmasını tələb edən petisiya Kanada İcmalar Palatasında təqdim edilib.

Kanada Yaşıllar Partiyasının qanunvericisi Elizabet Mey tərəfindən təqdim edilən sənəddə ölkə hakimiyyətinin "Pit Hoekstranı rəsmi olaraq arzuolunmaz şəxs elan etməli" və onun ABŞ-a qayıtmasını tələb etməli olduğu vurğulanır. Petisiyada qeyd olunur ki, Hoekstra dəfələrlə iki ölkə arasında "diplomatik münasibətləri pozan açıqlamalar verib". Səfirin ABŞ prezidenti Donald Trampın Kanadanı "51-ci ştata" çevirmək niyyəti ilə bağlı açıqlamalarını dəstəklədiyi, ölkənin daxili siyasətinə müdaxilə etdiyi və orada fəaliyyət göstərən separatçı hərəkatlarla əlaqə saxladığı aydınlaşdırılır.

Sənəd 21 iyul - 18 noyabr tarixləri arasında təxminən 286.000 kanadalı tərəfindən imzalanıb. Kanada hökuməti artıq petisiyaya rəsmi olaraq cavab verməlidir, lakin onun tələblərini yerinə yetirməyə borclu deyil.

Tramp əvvəllər dəfələrlə Kanadanın ABŞ-a qoşulmasına çağırıb. ABŞ baş naziri dəfələrlə Kanadanın Baş naziri Mark Karnini "qubernator" adlandırıb. Kanada hakimiyyəti ABŞ-a qoşulma ehtimalını rədd edib.

Əziz Mustafa