Avstraliya terrorizmi maliyyələşdirdiklərinə görə, Zoqayr Hassib və Kazem Hamada qarşı  sanksiyalar tətbiq edib

Avstraliya terrorizmi maliyyələşdirdiklərinə görə, Zoqayr Hassib və Kazem Hamada qarşı sanksiyalar tətbiq edib

08:48
Bəyəndim (0) Bəyənmədim (0)


Avstraliya Zoqayr Hassib və Kazem Hamada qarşı terrorizmi dəstəklədiklərinə görə sanksiyalar tətbiq edib. Jerusalem Post qəzetinin məlumatına görə, Avstraliya hakimiyyəti 2024-cü ildə Sidneydəki koşer restoranına və Melburndakı Hadass Israel sinaqoquna İran adından antisemit yanğın hücumlarını təşkil etdiklərini iddia edib.

Avstraliya Xarici İşlər Naziri Penny Wong, Hassib və Hamadın bu hücumları həyata keçirmək üçün mürəkkəb vasitəçi zəncirindən istifadə etdiklərini bildirib. O, yeni məhdudiyyətlərin iki şəxsin vəsaitlərə çıxışını məhdudlaşdırmaq və onların insanları cəlb etməsinin, hücumları planlaşdırmasının və həyata keçirmələrinin qarşısını almaq məqsədi daşıdığını söylədi.
Vonq sanksiyaları İslam İnqilabı Keşikçiləri Korpusunun avstraliyalılara və Avstraliya maraqlarına qarşı hücumlar həyata keçirmək qabiliyyətinin məhdudlaşdırılmasında mühüm addım adlandırıb.

2025-ci ilin avqust ayında Avstraliya İran səfirinə ölkəni tərk etməyi əmr etdi ki, bu da İkinci Dünya Müharibəsindən bəri ilk belə deportasiya idi. Eyni zamanda, ölkə Tehrandakı səfirliyini dayandırdı və İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etdi.
Əziz MUSTAFA