Marinovka aerodromunda beş təyyarə məhv edilib

Marinovka aerodromunda beş təyyarə məhv edilib

16:35
Bəyəndim (1) Bəyənmədim (0)


Cümə axşamı gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyada Marinovka aerodromuna zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə 26 noyabrda məlumat verib.
"Ukrayna Hərbi Dəniz Qüvvələri Neptun raket sistemindən istifadə edərək Volqoqrad vilayətindəki Marinovka aerodromuna zərbə endirib. İşğalçıların Ukrayna şəhərlərinə və qoşunlarımızın mövqelərinə idarə olunan bombalar atdığı Su-34 qırıcı-bombardmançı təyyarələri orada yerləşir. Zərbənin nəticələri və infrastruktura dəyən ziyanın dərəcəsi müəyyən edilir", - deyə açıqlamada bildirilir. İlkin məlumata görə, azı beş təyyarənin məhv edildiyi bildirilir.

Baş Qərargah həmçinin aerodroma hücumla eyni vaxtda Başqırdıstandakı Subxankulovo Xətti İstehsal və Dispetçer Stansiyasının (LPDS) məhv edilməsini təsdiqləyib: "Bu, Qərbi Sibir və Başqırdıstandan neftin nəql edildiyi Transneft mərkəzidir. Bir çənin vurulduğu təsdiqlənib və stansiyada yanğın baş verib. Hər belə zərbə neft emalı üçün daha az neft və Rusiyanın müharibə aparmaq üçün istifadə etdiyi daha az neft dolları deməkdir".

Əziz MUSTAFA