Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunun ləğvi qeyri-mümkündür

Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunun ləğvi qeyri-mümkündür

14:06
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri zamanı vətəndaşların ona səs verdiyi üçün ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanunun ləğvini qeyri-mümkün hesab etdiyini bildirib.

"Bir neçə səbəbə görə bu qanunun ləğvini qeyri-mümkün hesab edirəm. Birincisi, qanun vətəndaş təşəbbüsü çərçivəsində qəbul edilib, yəni bu, hökumətin və ya dar siyasi dairənin verdiyi qərara oxşamır. İkincisi, bu qanunun və onun ətrafında müzakirələrin aparıldığı seçkilər keçirilib və Ermənistan vətəndaşları bu qanunun lehinə səs veriblər", - o bildirib.

2025-ci il martın 26-da Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Aİ-yə inteqrasiya avtomatik olaraq Ermənistanın Aİİ ilə qarşılıqlı fəaliyyətinin dayandırılmasına və onunla bağlı bütün üstünlüklərin itirilməsinə səbəb olur. Mayın 29-da Astanada keçirilən Aİİ sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanda Aİ-yə daxil olmaq və ya Aİİ-nin tərkibində qalmağı davam etdirməklə bağlı ümumxalq referendumunun keçirilməsinin zəruriliyi ilə bağlı mövqelərini bölüşdüklərini bildirən birgə bəyanat qəbul ediblər.

Oktyabrın 20-də Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin “Avrasiya İqtisadi İttifaqı haqqında 29 may 2014-cü il tarixli Müqavilənin Ermənistan Respublikasına münasibətdə dayandırılmasının mümkün nəticələri haqqında” birgə hesabatını dərc edib. Bu, Ermənistanın Aİİ üzvlüyünün dayandırılmasının respublika iqtisadiyyatına necə təsir edə biləcəyini göstərir.

Əziz MUSTAFA