ABŞ mütəxəssisləri: İsrailin nüvə arsenalı 90 başlıqdan ibarətdir
Amerikalı alimlər Hans M. Kristensen və Makkenzi Nayt-Boylun "Bulletin of the Atomic Scientists" jurnalında peyk görüntülərinə istinadən yazdıqları məqaləyə görə, İsrailin nüvə arsenalında təxminən 90 başlıq var və bu, 2021-ci ildə təxmin edilən səviyyədə qalır.
Qeyd olunur ki, 2025-ci ilin əvvəlinə qədər İsrail 800 ilə 1000 kq arasında plutonium toplaya bilər və bu, 160 ilə 250 arasında nüvə başlığı yaratmaq üçün istifadə edilə bilər.
2026-cı ilə aid yeni görüntülər İsrailin cənubundakı Negev səhrasında Dimonadakı nüvə tədqiqat kompleksinə bənzər diametrə malik yeni dairəvi strukturun inşasını göstərir. Lakin məqalədə bildirilir ki, hazırda obyektin nəzərdə tutulan istifadəsi ilə bağlı rəsmi təsdiq yoxdur.
İsrail öz arsenalında nüvə silahının mövcudluğunu nə rəsmi olaraq təsdiqləyib, nə də inkar edib.
Əziz MUSTAFA













.jpg)







































.jpg)






























