Trabzonu su basdı, çay daşdı, təxliyə edilmiş evlər dağıldı

Trabzonu su basdı, çay daşdı, təxliyə edilmiş evlər dağıldı

16:17
Bəyəndim (1) Bəyənmədim (0)

Trabzonda güclü yağışdan sonra Şalpazarı-Beşikdüzü avtomobil yolunun 7-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Təhlükəsizlik səbəbi ilə əvvəllər təxliyə edilən dörd-beş ev dağılıb; Ağasar çayının yüksələn suları bir körpüyə zərər verib. Yamacdan aşağıya doğru aparılan palçıq və çaydan gələn su səbəbindən avtomobil yolu nəqliyyat üçün bağlıdır. Bölgədəki işçilər işlərini davam etdirirlər. Bu barədə Haberler.com-un yaydığı məlumatda deyilir.

Trabzonun Şalpazarı rayonunda güclü yağış torpaq sürüşməsinə və çayın daşmasına səbəb olub. İlkin məlumatlara görə, bölgədəki bir körpü zədələnib və əvvəllər təxliyə edilən bəzi evlər dağılıb.

Sürüşmə Şalpazarı-Beşikdüzü avtomobil yolunun təxminən 7-ci kilometrliyində baş verib. Bölgədə əvvəlki torpaq sürüşmələri bir neçə evi dağıtmışdı və onlar ehtiyat tədbiri olaraq təxliyə edilmişdilər. Güclü yağışlar səbəbindən suyunun səviyyəsi qalxan Ağasar çayı da öz məcrasından çıxmışdı. Daşqın bölgədəki bir körpüyə zərər vurmuşdu.

Sürüşmə və çay sularının daşması səbəbindən Şalpazarı-Beşikdüzü yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Bölgəyə AFAD qrupları göndərilib. Xilasetmə qrupları yolu yenidən açmaq üçün xüsusi avadanlıqlardan istifadə edərək işə başlayıblar.

Hadisə yerinə gələn Şalpazarı bələdiyyə başçısı Refik Kurukız əraziyə baxış keçirib. Kurukız bildirib ki, "Sürüşmə əvvəllər təxliyə edilmiş dörd-beş evi dağıdıb. Deyirlər ki, evlərin aşağı mərtəbələrindəki tövlələrdə qoyunlar var. Hazırda dəqiq vəziyyəti bilmirik. Xilasedicilər işləyir."

Kurukız qeyd edib ki, yamacdan yığılan torpaq və çay daşqınları səbəbindən yol nəqliyyat üçün bağlanıb və briqadalar xüsusi avadanlıqlardan istifadə edərək işlərini davam etdirirlər.

Əziz Mustafa