Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Hörmüz boğazının cənub və şərq hissələrində minalara düşən iki neft tankerində yanğın başlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) sözçüsü məlumat verib.

Tasnim xəbər agentliyi isə bildirib ki, "Naviqasiya qaydalarını pozan iki gəmi Hörmüz boğazının cənub və şərq hissələrində minaya düşüb".

Qeyd edilib ki, hadisələr nəticəsində hər iki tankerin mühərrik otaqlarında yanğınlar baş verib.

Hərbi Dəniz Qüvvələri gəmi sahiblərinə və tanker operatorlarına xəbərdarlıq edib ki, məhdudlaşdırılmış ərazilərdən keçid heyətlərin həyatı və gəmilərin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Əziz Mustafa