Tramp administrasiyadakı həmkarları tərəfindən tənqid edilən katibini müdafiə etdi
Donald Tramp ABŞ administrasiyasındakı həmkarları tərəfindən sərt tənqid edilən ABŞ Daxili Təhlükəsizlik Katibi Markveyn Mallini müdafiə etdi.
"O, yaxşı iş görür. Bu, minnətdarlıq edilməz bir işdir ", Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib. "O, yaxşı insandır. O, çox çalışır", Amerika lideri əlavə edib.
"The Wall Street Journal" qəzetinin ötən həftə mənbələrə istinadən verdiyi məlumata görə, Ağ Evin Aparat rəhbəri Stiven Miller Mallinə televiziya kanallarına müsahibə verməyi qadağan edib. Bu, katib 16 noyabrda Fox News-da süni intellekt texnologiyalarının istifadəsinin ABŞ-da geniş yayılmış kompüter şəbəkəsi kəsintilərinə səbəb ola biləcəyini irəli sürdükdən sonra baş verdi.
Nəşrin məlumatına görə, ABŞ administrasiyasının bəzi üzvləri Mallinin istefasını tələb edirlər və onun qanunsuz immiqrasiya ilə mübarizəyə yanaşmasının kifayət qədər güclü olmadığını düşünürlər.
Əziz Mustafa

































.jpg)


























.jpg)










.jpg)












