Finlandiya Xarici İşlər Nazirliyi vertolyot hadisəsindən sonra Rusiya səfirinə etiraz notası təqdim edib

Finlandiya Xarici İşlər Nazirliyi vertolyot hadisəsindən sonra Rusiya səfirinə etiraz notası təqdim edib

14:32
Bəyəndim (1) Bəyənmədim (0)

Finlandiya Rusiya səfiri Pavel Kuznetsovu Xarici İşlər Nazirliyinə çağıraraq ona etiraz notası təqdim edib. Bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatd deyilir. Çağırış Rusiya helikopterinin Finlandiya hava məkanını pozması ehtimalı barədə məlumatlardan sonra baş verib. Hadisə 21 noyabrda baş verib.

Müdafiə naziri Antti Hakkanenin sözlərinə görə, vertolyot Finlandiya körfəzində hücuma məruz qalan yük gəmisinə xilasetmə əməliyyatı və ya müşahidə zamanı Finlandiya hava məkanını pozmuş ola bilər.

Qeyd edək ki, baş verən insidentin arxasında Rusiya yük gəmisi "Sparta II"nin 21 noyabr axşamı dəniz pilotsuz təyyarəsinin zərbəsinə məruz qalması dayanıb. Gəmi oktyabr ayından bəri Kalininqrad və Sankt-Peterburq arasında üzürdü və həmin gün Rusiya sərhədindən üç dəniz mili məsafədə idi. Hücum nəticəsində bir heyət üzvü yaralanıb. Yük gəmisi yedəklə Sankt-Peterburqa aparılıb və dənizçilər "Spasatel Karev" gəmisində təxliyə ediliblər. Finlandiya hakimiyyəti hücumda Ukraynanın iştirak etdiyini etiraf edir.

Əziz Mustafa