ABŞ Federal Təhqiqat Bürosunun (FTB) birinci müavini Kristofer Rey  tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) birinci müavini Kristofer Rey tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır

08:58
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Federal Təhqiqat Bürosunun (FTB) birinci müavini Kristofer Rey dekabr ayında vəzifəsindən ayrılmaq niyyətindədir. Bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb.

"Vəziyyətlə tanış olan üç mənbəyə görə, FTB-nin direktor müavini Kristofer Rey dekabr ayında istefa vermək niyyətindədir. Bu, artıq ikinci Tramp administrasiyası dövründə yüksək səviyyəli rəsmilər arasında işdən istefa ilə bağlı atılan növbəti addım olacaq", - deyə nəşr bildirib.
FTB-nin birinci direktor müavini büronun gündəlik əməliyyatlarına cavabdehdir. Agentliyə hazırda Keş Patel rəhbərlik edir.
Xatırladaq ki, bundan əvvəl 13 noyabrda Semafor Milli İqtisadi Şuranın direktoru Kevin Hassettin Ağ Evdəki vəzifəsindən gedə biləcəyini bildirmişdi. Nəşrin məlumatına görə, bu vəzifə uğrunda iki namizəd mübarizə apara bilər: ABŞ Maliyyə Naziri Skott Bessent və Maliyyə Naziri müşaviri Devid Zervos.

Əziz MUSTAFA