Venesuela hökuməti və müxalifət milli saziş bağlamaq barədə razılığa gəliblər

Venesuela hökuməti və müxalifət milli saziş bağlamaq barədə razılığa gəliblər

08:00
Bəyəndim (1) Bəyənmədim (0)

Danışıqların dördüncü raundundan sonra Venesuela hökuməti və 2015-ci il Milli Assambleyasının (parlament) müxalifət nümayəndə heyəti geniş siyasi, iqtisadi və sosial təminatları nəzərdə tutan milli saziş bağlamaq qərarına gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə hökumət nümayəndə heyətinin rəhbəri və hazırkı Milli Assambleyanın spikeri Xorxe Rodriges Telegram-da bəyan edib.

Danışıqlar zamanı siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının bərpası, demokratik institutların və təşkilatların gücləndirilməsi, siyasi partiyalar haqqında qanunların və terrorizmə qarşı mübarizə qanunvericiliyinin islahatı ilə bağlı təkliflər müzakirə olunub. Siyasi partiyalar, ictimai toplantılar və nümayişlər haqqında qanunda islahatlar hazırlamaq üçün bütün siyasi təşkilatlarla geniş ümumxalq məsləhətləşmələri təklif olunur.

Müəyyən hərəkətləri dekriminallaşdırmaq məqsədi ilə nifrət, dinc yanaşı yaşama və tolerantlıqla mübarizə haqqında konstitusiya qanununda islahatlar aparmaq üçün işçi qrupu yaradılıb. Danışıqlar aparanlar mütəşəkkil cinayətkarlıq və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün qanunvericiliyin islahatını təsdiqlədilər və bu qanunları beynəlxalq standartlara uyğunlaşdırdılar.

Əziz MUSTAFA