İran ordusu Hörmüz boğazında 4 tankerin minalara toxunaraq  partladığını bildirib

İran ordusu Hörmüz boğazında 4 tankerin minalara toxunaraq partladığını bildirib

11:57
Bəyəndim (0) Bəyənmədim (0)

İran silahlı qüvvələri bazar ertəsi Hörmüz boğazında dörd neft tankerinin minalara toxunaraq partlayışa məruz qaldığını bildirib.

"İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki böyük neft tankerinin Hörmüz boğazında dəniz minalarına toxunaraq partladığını bildirdi. Öz növbəsində, İran Hərbi Dəniz Qüvvələri boğazın cənub hissəsində daha iki neft tankerinin minalarla toqquşduğunu açıqladı", - Əl-Cəzirə telekanalı xəbər verir.

Qeyd edilir ki, ilk iki tanker “ABŞ Mərkəzi Komandanlığının dəstəyi ilə” hərəkət edirdi. Qalan ikisi isə Tehranla razılaşdırılmayan marşrutla boğazı keçmək istəyərkən minalarla partladılıb.

SEPAH dəfələrlə Oman yaxınlığında Hörmüz boğazının cənubundan keçən dəniz yolundan istifadənin təhlükəsi barədə xəbərdarlıq edib və su ərazisinin İran silahlı qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayıb.

Əziz MUSTAFA