Türkiyədə keçirilən BMT-nin İqlim Zirvəsi yanacaq mübahisələri səbəbindən uğursuz olub

Türkiyədə keçirilən BMT-nin İqlim Zirvəsi yanacaq mübahisələri səbəbindən uğursuz olub

10:14
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin iqlim danışıqları yekun razılığa gəlinmədən uğursuz olub.

The New York Times xəbər verir ki, bazar günü uzun müddətdir davam edən danışıqları alternativ enerji dövrünə keçmək istəyən ölkələrlə, benzin və qazdan istifadəni uzatmaq istəyənlər arasında qarşıdurmaya səbəb olub.

Avropa Birliyi, iqlim fəlakətlərinə və dəniz səviyyəsinin yüksəlməsinə həssas olan bir çox kiçik ölkələrlə birlikdə, ölkələrin neft, qaz və kömür ixrac edən ölkələrə üstünlük verdiyini söylədiyi təklif olunan razılaşmanı rədd etdi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Rusiya da daxil olmaqla bir qrup neft hasil edən ölkə, qlobal istiləşmənin əsas səbəbi olan və atmosferı çirkəndirən yanacaqlardan bəhs edilməsinin qarşısını aldı.

Bu, 2009-cu ildə Kopenhagendə keçirilən COP15-dən bəri yekun razılığa gəlməmək səbəbindən BMT-nin iqlim danışıqlarının ilk dəfə uğursuzluğa düçar olması idi.

Əziz Mustafa