Kreml Rusiya, ABŞ və Ukrayna arasında yeni danışıqlar raundunun keçiriləcəyini açıqlayıb
Rusiya, ABŞ və Ukrayna tezliklə yeni danışıqlar raundu keçirəcəklər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata rəsmi açıqlamasında bəyan edib.
"Görüş tezliklə olacaq, lakin tarixlərlə bağlı hələlik dəqiqlik yoxdur", - deyə o, RİA Novosti-yə bildirib.
10 və 11 noyabr tarixlərində Əbu-Dabidə keçirilən əvvəlki görüşdə tərəflər münaqişənin bitməsindən sonra Avropada təhlükəsizlik sistemini müzakirə ediblər. Moskva və Kiyev məhbus mübadiləsi barədə razılığa gəliblər. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, hər tərəfdən mindən çox insan evə qayıda bilər.
Kiyev öz növbəsində Avropa ölkələrinin növbəti mərhələyə qoşulmasını gözləyir. Rusiya prezidenti Vladimir Putin Avropa nümayəndələrinin əvvəlcə Moskvaya gəlmələrini istədiklərini açıqladı. O, Rusiya tərəfinin Avropanın mövqeyini müəyyənləşdirmək və sonra Ukrayna ilə danışıqların tərkibi barədə qərar vermək istədiyini bildirdi.
Əziz MUSTAFA
















.jpg)





















.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)



































