Rusiyanın bir bölgəsində dron qalıqlarının düşməsi nəticəsində beş nəfər xəsarət alıb
.Krasnodar diyarının iki bələdiyyəsində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində beş nəfər xəsarət alıb. Bu barədə regional əməliyyat qrupunun Telegram paylaşımında məlumat verilib.
Severski rayonunun Afipski kəndində dörd nəfər xəsarət alıb. Dron qalıqları həmçinin 13 fərdi evin dam örtüyünə və pəncərələrinə zərər vurub.
Timaşevski rayonunun Medvedovskaya kəndində daha bir nəfər xəsarət alıb. Şəxsi evin pəncərələri də zədələnib.
Bütün qurbanlara tibbi yardım göstərilib. Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir.
Ukrayna Silahlı Qüvvələri dünən gecə isə Voronej vilayətinə dron hücumuna cəhd etdiyi bildirilirdi. Dronun düşməsi nəticəsində şəhərdə bir fərdi evə və iki avtomobilə ziyan dəyib.
Əziz MUSTAFA













.jpg)

















.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)










































