Fransanın keçmiş baş naziri de Vilpen prezident seçkilərində namizədliyini irəli sürəcək
2005-2007-ci illərdə bu vəzifədə olmuş Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
"Fransanın bu tənəzzülü, bu məğlubiyyət instinkti, getdikcə bizi ələ keçirən bu ölüm ruhu - bütün bunlar məni bu gün sizə müraciət etməyə vadar edən səbəblərdir: 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürürəm", - siyasətçi Parisdə mətbuat konfransında deyib.
De Vilpen 2002-ci ilin mayından 2004-cü ilin martına qədər Fransa Xarici İşlər Nazirliyinə rəhbərlik edib və ABŞ-ın İraqda başlatdığı müharibədə Fransanın iştirakına qarşı Jak Şirakın (1995-2007-ci illərdə respublika prezidenti) mövqeyini müdafiə edib. 2004-cü ilin martından 2005-ci ilin mayına qədər o, daxili işlər naziri vəzifəsində çalışıb, daha sonra 2007-ci ilin may ayına qədər ölkə hökumətinə rəhbərlik edib.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə təyin edilib.
Əziz MUSTAFA




















.jpg)

.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)

























































