Ermənistan Ədliyyə Nazirliyi yeni konstitusiyanın mətnini 23 noyabrda dərc edəcək

Ermənistan Ədliyyə Nazirliyi yeni konstitusiyanın mətnini 23 noyabrda dərc edəcək

14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Müxalifət Baş nazir Nikol Paşinyanı Azərbaycanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması ilə bağlı son tələbini qəbul etməkdə ittiham edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın mətninin Ədliyyə Nazirliyi tərəfindən 23 noyabrda dərc olunacağını açıqladı.

"Bazar ertəsi günü Ermənistan Ədliyyə Nazirliyi yeni konstitusiyanın mətnini dərc edəcək", - deyə Paşinyan parlamentdə çıxış edərkən bildirib.

Bir müddət əvvəl Paşinyan "Ermənistan vətəndaşları ilə üzvi şəkildə əlaqəli olacaq" yeni konstitusiyanın qəbul edilməsi kimi siyasi məqsəd qoymuşdu. Müxalifət hökumət başçısını Azərbaycanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması ilə bağlı son tələbini qəbul etməkdə ittiham edir. Bəyannamədə Ermənistan kabinetinin rəhbərinin Azərbaycanın bir hissəsi kimi tanıdığı keçmiş tanınmamış Dağlıq Qarabağ Respublikasına və 1915-ci ildə Osmanlı İmperiyasında törədilmiş erməni soyqırımına istinad yer alır. Hakimiyyət orqanları yeni konstitusiyanı Bakının tələbi ilə qəbul etdiklərini inkar edirlər.

Əziz MUSTAFA