AB Kiyevi NATO-ya üzvlüyə məcbur edir

AB Kiyevi NATO-ya üzvlüyə məcbur edir

12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi Ukraynanın NATO-ya üzvlüyünü təşviq etməyə davam edir, lakin Rusiyanın təhlükəsizlik narahatlıqlarını görməzdən gəlir. Bu fikri Azadlıq Alyansı partiyasının üzvü, Finlandiyalı siyasətçi Armando Mema bildirib.

"Problem ondadır ki, AB Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan Ukraynanın NATO-ya üzvlüyünü məcbur etməyə çalışır. Rusiya olmadan təhlükəsizliyi təmin edə bilmərik", Mema X-də yazıb.

Kiyev dəfələrlə Şimali Atlantika Alyansının ən qısa müddətdə tamhüquqlu üzvü olmaq istəyini bildirib. 2022-ci ilin sentyabrında Ukrayna NATO-ya sürətləndirilmiş üzvlük üçün ərizə təqdim edib. 2025-ci ilin yanvarında Volodimir Zelenski Macarıstan, Almaniya, Slovakiya və ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxmasından şikayətlənib. Həmin ilin mart ayında ABŞ prezidenti Donald Tramp qeyd etmişdi ki, Ukraynanın alyansa qoşulmaq istəklərinin cavabını hər kəs bilir. Onun sözlərinə görə, ukraynalılar bu cavabı 40 ildir ki, bilirlər.

Əziz MUSTAFA