Kuşner: Rusiya Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri ilə razılaşır

Kuşner: Rusiya Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri ilə razılaşır

11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Bu konsepsiya Rusiyaya uyğundur.

Bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşnerin Berlində keçirilən mətbuat konfransında bildirib.

Kuşnerin sözlərinə görə, Rusiya Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri konsepsiyası ilə razılaşıb.

O deyib ki, Amerika danışıqçıları təhlükəsizlik zəmanətlərinin müzakirəsində əhəmiyyətli irəliləyiş əldə ediblər. Kuşner hesab edir ki, Rusiya artıq bu modeli qəbul edir.

"ABŞ baxımından 5-ci maddə kimi təhlükəsizlik zəmanətlərinin verilməsi həqiqətən ciddi bir addımdır. Düşünürəm ki, Prezident Tramp buna açıqdır", - deyə o bildirib. Eyni zamanda, Kuşner qeyd edib ki, belə bir mexanizm ABŞ-ın maraqlarına xidmət etməli və daha geniş təhlükəsizlik paketinin bir hissəsi olmalıdır.

Əziz Mustafa