Kuşner Berlində keçirilən "könüllülərin koalisiyası" görüşünü yekunlaşdırdı
ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Berlində Ukrayna üzrə "könüllülərin koalisiyası" nümayəndələrinin görüşünü məzmunlu və uğurlu adlandırdı. Oxuməni.az xəbər verir ki, onun sözləri The Guardian qəzetində yer alıb.
"Kansler Merzə belə səmimi qarşılanmaya görə təşəkkür edirəm. Bu gün burada keçirdiyimiz çox məzmunlu və uğurlu görüşə görə kansler Merzə, Prezident Makrona, Baş nazir Burnhama və Prezident Zelenskiyə minnətdarlığımı bildirmək istəyirəm", - deyə o bildirib.
O, əlavə edib ki, tərəflər Ukraynanın müharibədən sonrakı yenidən qurulması planını, təhlükəsizlik zəmanətlərini və əsir mübadiləsini müzakirə etməkdə əhəmiyyətli irəliləyiş əldə ediblər. Kuşnerin sözlərinə görə, NATO gələcək təhlükəsizlik sistemində mərkəzi rol oynamalı və təklif olunan mexanizmlər təsadüfi eskalasiyanın qarşısını almalıdır.
Daha əvvəl, Berlində keçirilən "könüllülərin koalisiyası" sammitindən sonra Merz Ukrayna və Avropa ölkələrinin Rusiya ilə potensial sülh danışıqlarında iştirak etmələrinin vacibliyini bildirmişdi.
Əziz Mustafa






.jpg)








.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)




















































.jpg)











