Aparat 49 ildir ki, ucsuz-bucaqsız kosmosda səyahətini davam etdirir
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) 1977-ci ildə kosmosa göndərdiyi “Voyager 1” kosmik aparatı daha bir tarixi rekorda imza atıb. O, Yerdən bir işıq günü – təxminən 25,9 milyard kilometr məsafəyə çatan ilk süni obyekt olub.
1977-ci il sentyabrın 5-də buraxılan aparat 49 ildir ki, ucsuz-bucaqsız kosmosda səyahətini davam etdirir. Bu müddət ərzində Günəş sisteminin sərhədlərini aşaraq ulduzlararası fəzaya daxil olan “Voyager 1” bəşəriyyətin ən uzaq məsafəyə göndərdiyi kosmik qurğu statusunu qoruyub saxlayır.
Məlumata görə, “Voyager 1” bu tarixi həddi ötən gün Bakı vaxtı ilə saat 11:16:07-də keçib. Qeyd edək ki, bir işıq günü işığın vakuumda 24 saat ərzində qət etdiyi məsafəyə bərabərdir.
Nailiyyətin ən diqqətçəkən tərəflərindən biri də Yerlə aparat arasında əlaqənin uzun vaxt tələb etməsidir. Belə ki, “Voyager 1”dən göndərilən radio siqnalları Yerə təxminən 24 saata çatır. Başqa sözlə, NASA mütəxəssisləri aparatın ötürdüyü məlumatları bir gün gecikmə ilə qəbul edirlər.
Xatırladaq ki, “Voyager 1” NASA-nın əkiz kosmik aparatlarından biridir. Onun əkizi “Voyager 2” də elə həmin il kosmosa göndərilib. Hər iki qurğu Günəş sisteminin planetləri və ulduzlararası məkan haqqında mühüm elmi məlumatların əldə edilməsində əvəzsiz rol oynayıb.
Yarım əsrə yaxındır kainatın dərinliklərinə doğru irəliləyən “Voyager 1” bəşəriyyətin elmi və texnoloji imkanlarının möhtəşəm nümunəsi olmaqla yanaşı, naməlum dünyaları kəşf etmək istəyinin də simvoluna çevrilib...
Şahmurad




































.jpg)
















.jpg)















.jpg)


.png-1.png)











