Bolqarıstanda beş illik gizli casusluq: Aşkarlananlar
Beynəlxalq haker qrupları təxminən beş il ərzində Bolqarıstan hökumət şəbəkələrinə çıxış əldə edib və 130 GB-dan çox sənəd oğurlayıblar.
Bolqarıstanda beynəlxalq haker qruplarının təxminən beş il ərzində hökumət informasiya sistemlərinə çıxış əldə etdiyi genişmiqyaslı kibercasusluq əməliyyatına baş vurduğu aşkar edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Bolqarıstan İnnovasiya və Rəqəmsal Transformasiya naziri İvan Vasilyevə bildirib.
Bu dövrdə hücum edənlər ən azı 62 milyon səhifədən çox sənəd oğurlayıblar.
Kiberhücum 2021-ci ildən 2026-cı ilin avqust ayına qədər davam edib. Hakerlər dövlət qurumlarının sənəd və məlumat mübadiləsi apardığı sistemlərə daxil olublar. Onlar hökumət infrastrukturunun müxtəlif hissələri arasında hərəkət edib və dövlət administrasiyasının işi haqqında məlumat toplayıblar.
Casusluq kampaniyası 23 iyunda yeni milli kibertəhlükəsizlik sistemi dövlət qurumunun şəbəkəsində şübhəli fəaliyyət aşkar etdikdə məlum olub. Milli Kompüter Təhlükəsizliyi Hadisələrinə Cavab Qrupu (CSIRT) cavab vermək üçün çağırılıb.
Şəbəkə və İnformasiya Təhlükəsizliyi Direktorluğunun direktoru Velizar Varbanovun sözlərinə görə, yeni sistem illərdir aşkarlanmayan haker hücumlarını müəyyən etməyə imkan verib.
Əlavə araşdırmalar nəticəsində məlum olub ki, hücumlar eyni vaxtda bir neçə dövlət qurumuna təsir göstərib. Mütəxəssislər zərərçəkənlər arasında infrastruktur serverlərinin, iş stansiyalarının, informasiya sistemlərinin və şəbəkə cihazlarının olduğunu bəyan ediblər.
Eyni zamanda, müstəntiqlər vətəndaşların şəxsi məlumatlarının sızması və ya oğurlanmış sənədlərin dəyişdirilməsi ilə bağlı heç bir dəlil tapmayıblar. Varbanov hücumun mahiyyətini pul qazanmaq cəhdi deyil, casusluq sübutu kimi qiymətləndirib.
Vasilyev bildirib ki, "Biz onların girişini blokladıq və quraşdırdıqları zərərli proqramı sildik. Onlar artıq hökumət məlumatlarını almırlar".
Lakin əməliyyatın arxasında kim dayanıb və hakerlərin kimin maraqlarını təmsil etdiyi hələ də məlum deyil. Müstəntiqlər oğurlanmış sənədlərlə nə baş verdiyini də müəyyən etməyiblər. Nazir təsirlənmiş qurumlarla bağlı araşdırma aparmağı tapşırıb və materialları prokurorluğa təqdim edib. Son beş ildə dövlət orqanlarının işindəki çatışmazlıqların qəsdən olub-olmadığını müəyyən etmək üçün ayrıca araşdırma aparılır.
Əziz Mustafa











































.jpg)
















.jpg)























