Əlverişsiz hava dəniz nəqliyyatını iflic etdi və 12 reys ləğv olundu
Türkiyədə əlverişsiz hava dəniz nəqliyyatını iflic etdi və 12 reys ləğv olundu.
Mərmərə və Egey dənizlərində müşahidə olunan güclü külək və fırtına Türkiyədə dəniz nəqliyyatının hərəkətində ciddi fasilələr yaradıb.
Bursa dəniz nəqliyyatı təhlükəsizlik səbəbindən Bursa (Mudanya) və İstanbul (Kabataş), eləcə də Armutlu istiqamətləri üzrə saat 07:00-dan 19:30-dək planlaşdırılan ümumilikdə 12 qarşılıqlı reysi ləğv edib.
Əlverişsiz hava şəraiti Çanaqqala bölgəsindəki səfərlərə də təsir göstərib. GESTAŞ şirkəti Egey dənizinin şimalındakı güclü dalğalar səbəbindən Gökçeada və Bozcaada istiqamətində bəzi bərə reyslərini dayandırıb. Bu qərar həm yerli ada sakinlərinin, həm də turistlərin gediş-gəlişində çətinliklər yaradıb.
Sərnişinlərə limanlara yola düşməzdən əvvəl daşıyıcı şirkətlərin rəsmi elanlarını və yenilənmiş cədvəlləri yoxlamaq tövsiyə olunur.
Şahmurad




















.jpg)









.jpg)













.jpg)


.png-1.png)



















.jpg)
.jpg)















