ABŞ-da Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb

ABŞ-da Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb

12:12
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ-da Milli Təhlükəsizlik Agentliyinin əməkdaşlarının gizli məlumat mübadiləsi apardığı NSA Net məxfi şəbəkəsi fəaliyyətini dayandırıb.
Vaşinqtonda Milli Təhlükəsizlik Agentliyinin (NSA) istifadə etdiyi daxili məxfi rabitə şəbəkəsi NSA Net-in sıradan çıxması həyəcanla qarşılanıb. O, departament əməkdaşları arasında məxfi məlumat mübadiləsi üçün nəzərdə tutulub. Oxuməni.az xəbər verir ki, CNN vəziyyətdən xəbərdar olan altı həmsöhbətə istinadən bəyan edib.
Mənbələr bildiriblər ki, hazırda kəsilmənin kiberhücum nəticəsində olduğuna dair heç bir sübut yoxdur. Agentlik problemin miqyasını müəyyən etməyə və nasazlığı aradan qaldırmağa çalışır.

Əziz MUSTAFA