Krım körpüsünə son 24 saat ərzində ikinci dəfə hücum edilib
Krım körpüsünə 17 noyabr gecəsi yenidən hücum edilib. Kerç boğazı keçidinin yaxınlığında bir sıra güclü partlayışlar eşidilib; yerli hakimiyyəti qurumları körpüdə nəqliyyatın dayandırıldığını elan edib.
Oxuməni.az xəbər verir ki, bu barədə rus işğalçılarının tərəfdarı və Krımın qubernatoru Sergey Aksyonov mətbuata rəsmi açıqlamasında deyib.
"Düşmən yenidən Krım körpüsünə hücum edib. Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. Krım sakinlərindən və qonaqlarından körpü istiqamətində hərəkət etməkdən çəkinmələrini və marşrutları planlaşdırarkən bu məhdudiyyətləri nəzərə almalarını xahiş edirik", - deyə o bəyan edib.
Telegram monitorinq kanalı "Crime Wind" Kerç körpüsünün yaxınlığında bir sıra güclü partlayışların eşidildiyini bildirib. Kanal həmçinin əlavə edib ki, bu, "körpü tağının yaxınlığındakı yolda mümkün zədələnmələr" ola bilər.
Yarımadada raket xəbərdarlığı da verilib. Yerli sakinlər partlayış dalğalarının o qədər güclü olduğunu və bəzi evlərdə pəncərələrin sındığını bildirirlər. Rusiya hərbi bloqçuları hücumun kütləvi olduğunu və körpüyə "15-dən çox" zərbə endirildiyini iddia edirlər. Onlar istifadə olunan silahlar arasında raketlərin də ola biləcəyini ehtimal edirlər.
Zərərlərin sayı, raketlərin istifadəsi və körpüyə mümkün zərərin dərəcəsi ilə bağlı məlumatlar hələlik rəsmi olaraq təsdiqlənməyib.
Xatırladaq ki, 16 noyabr səhəri Sergey Aksyonov Krım körpüsünə zərbə barədə məlumat verib. Körpüdən nəqliyyat təxminən günortaya qədər məhdudlaşdırılıb.
Əziz MUSTAFA










.jpg)





.jpg)









.png-1.png)



















.jpg)
.jpg)




































