Rusiyadan postsovet ölkələrinə pul köçürmələri kəskin şəkildə artıb
2026-cı ilin oktyabr ayında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi aylıq müqayisədə 43 faiz artıb. Oxuməni.az xəbər verir ki, bu barədə TASS Milli Bankın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Postsovet ölkəsinə pul köçürmələrinin həcmi 11.220.328 dollara yüksəlib. Nəticədə, Rusiya Gürcüstana pul köçürmələrinə görə yeddinci yerdə qərarlaşıb. ABŞ birinci yerdə (65.098.609 dollar), sonra İtaliya (52.404.339 dollar) və Almaniya (30.474.224 dollar) qərarlaşıb.
Ümumilikdə, Gürcüstan oktyabr ayında xaricdən 288.560.041 dollar alıb ki, bu da əvvəlki aya nisbətən bir faiz çoxdur.
2025-ci ildə Rusiyadan Gürcüstana birbaşa investisiyaların həcmi 5,8 faizə qədər artıb. Gürcüstan iqtisadiyyatına Rusiya investisiyaları illik müqayisədə 39,5 faiz artaraq 109,5 milyon dollara çatıb.
Əziz Mustafa











.jpg)







.jpg)










.png-1.png)



















.jpg)
.jpg)
































