Ukrayna Silahlı Qüvvələrinin minalama əməliyyatından sonra yaşayış binası və inzibati bina yanıb
Rılsk şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən minalandıqdan sonra zərər görüb. Oxuməni.az xəbər verir ki, hadisənin nəticələri barədə məlumatı Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn "Max" messenceri vasitəsilə açıqlayıb.
"Nəticədə dörd mənzilli yaşayış binası və inzibati bina yanıb, daha bir yaşayış binasının isə dam örtüyü zədələnib", - deyə o yazıb.
Bundan əlavə, üç ev, bir kilsə, bir neçə inzibati binanın damları və pəncərələri, həmçinin bir sıra nəqliyyat vasitələri zərər görüb. Xinşteyn daha əvvəl bildirmişdi ki, USQ Rusiya şəhərinin mərkəzində partlayıcı maddələr yerləşdirmək üçün pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Hücum nəticəsində iki nəfər xəsarət alıb; hər iki şəxs əzalarını itirib.
Xinşteynin sözlərinə görə, minalanmanın tam miqyası hələ müəyyən edilməyib.
Əziz MUSTAFA













.jpg)
.png-1.png)









.jpg)
.jpg)


























































