Rusiyanın Taqanroq şəhərində PUA-lar enerji sektoruna hücum edib

Rusiyanın Taqanroq şəhərində PUA-lar enerji sektoruna hücum edib

16:02
Bəyəndim (1) Bəyənmədim (0)

Noyabrın 15-nə keçən gecə Rusiya Federasiyasının Rostov vilayətinin Taqanroq şəhərinə pilotsuz təyyarələr tərəfindən kütləvi hücum edilib; enerji obyektlərinin zədələndiyi ehtimal edilir.

Oxuməni.az xəbər verir ki, bu barədə şəhərin meri Svetlana Kambulova, Rusiyanın müstəqil ASTRA mediası, həmçinin Ukraynanın “Exilenova+” və “Supernova+” Telegram kanallarının monitorinqi məlumat yayıb.

“Taqanroqda hücumun hədəflərindən biri, ehtimal ki, 220 kV-luq T-10 (Taqanroq-10) yarımstansiyası olub" – ASTRA OSINT analizində deyilir.

Bu, şəhərin mühüm enerji obyektlərindən biridir. Yarımstansiya Taqanroqun və onun sənaye zonasının, xüsusən də TAGMET ASC kimi iri müəssisələrin enerji təchizatında iştirak edir”, - nəşr qeyd edib.

ASTRA qeyd edir ki, şəhərin rəhbəri Svetlana Kambulovanın sözlərinə görə, guya hava hücumundan müdafiə qüvvələri Taqanroq üzərində pilotsuz təyyarələri vurub.

Əziz MUSTAFA