Keçmiş millət vəkili Jevaqonun Parisdə 40 milyon dollarlıq malikanəsi müsadirə edilib

Keçmiş millət vəkili Jevaqonun Parisdə 40 milyon dollarlıq malikanəsi müsadirə edilib

16:26
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynalı iş adamı Konstantin Jevaqonun 40 milyon dollarlıq malikanəsi Parisdə müsadirə edilib. Müsadirə Ukraynanın tələbi ilə bank mənimsəmə işi ilə əlaqədar olaraq həyata keçirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Baş Prokurorluq 17 sentyabrda Fransaya beynəlxalq hüquqi yardım sorğusu göndərib. Əmlakın səlahiyyətli Fransa orqanlarından müsadirə edilməsinin təsdiqi 10 noyabrda alınıb. Tədbir cinayət istintaqının bir hissəsi olaraq keçirilib. Məhkəməyəqədərki istintaq Dövlət İstintaq Bürosu tərəfindən aparılır və prosessual idarəetmə Baş Prokurorluğun prokurorları tərəfindən həyata keçirilir.

İstintaqa görə, Konstantin Jevaqo Maliyyə və Kredit Bankının nizamnamə kapitalının 90%-dən çoxuna nəzarət edirdi. Digər bank rəhbərləri ilə birlikdə o, 113 milyon dollar mənimsəmək üçün plan hazırlayıb. İstintaq hesab edir ki, bu pullar sonradan yuyulub, yəni qanuni görünüb. Bu məqsədlə Jevaqo tərəfindən idarə olunan ofşor strukturlar və digər şirkətlərdən istifadə edilib.

Xatırladaq ki, Ukraynanın keçmiş baş prokuroru Ruslan Kravçenko keçmiş deputat Jevaqoya Fransada şübhəli bildiriş göndərildiyini bildirib. Bu, 19 martda baş verib. Bu iş üzrə zərərin məbləği 519 milyon qrivnadan çox qiymətləndirilib. Müstəntiqlərin fikrincə, bankın xarici banklardakı hesablarından əldə etdiyi vəsaitlər iş adamının özünün nəzarətində olan ofşor şirkətə köçürülüb.

Əziz Mustafa