Nikolay Azarovun keçmiş müşavirinin avtomobili partladılıb
.
Moskvanın Çertanovo rayonundakı Kirovoqradskaya küçəsində Toyota Fortuner partlayıb, sürücü yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb. Onların məlumatına görə, partlayışa sürücü tərəfində avtomobilin alt hissəsinə bərkidilmiş əldəqayırma partlayıcı qurğu səbəb olub. Partlayış avtomobil küçədə hərəkət edərkən baş verib. Kanallar sürücünün rusiyalı İT mütəxəssisi və Ukraynanın sabiq baş naziri Nikolay Azarovun keçmiş müşaviri və mətbuat katibi Sergey Zavorotnı olduğunu bildirir. Kanallar əlavə edirlər ki, Zavorotnı ağır yaralanıb və vəziyyəti kritik hesab edilir.

1954-cü il təvəllüdlü Zavorotnı Rusiyada tanınmış publisistdir. O, tarix üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir, media və siyasət üzrə ixtisaslaşıb. 2004-cü ilə qədər Rusiya Dövlət Dumasında xidmət etmiş, daha sonra Azarovun müşaviri vəzifəsində çalışmış və 2018-ci ildə "Yanukoviç təslim oldu. Dövlət Departamenti qəbul etdi. Rusiya Ukraynanı necə itirdi: Müşavir Nikolay Azarovun qeydləri" kitabının həmmüəllifidir. Hazırda Primorski Dövlət Aqrar və Texnologiya Universitetinin informasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, dünən Sankt-Peterburqda rus əsgərini daşıyan avtomobil partladılıb. Hadisə nəticəsində o, həlak olub.
Bu yay isə 2014-cü ilə qədər Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət etmiş Rusiya Hərbi Dəniz Qüvvələrinin zabiti Robert Şaqeyev Sevastopolda baş verən partlayışda həlak olub.
Əziz MUSTAFA



























































.jpg)
.jpg)
.jpg)






















