Kuşner Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsinə hazırlıqları açıqladı
ABŞ Prezidentinin elçisi Cared Kuşnerin sözlərinə görə, Rusiya və Ukrayna hərbi münaqişənin başlanğıcından bəri ən böyük əsir mübadiləsinə hazırlaşır. O, minlərlə insanın evə qayıda biləcəyini bildirib.
Oxuməni.az xəbər verir ki, bununla bağlı Kuşner X sosial media platformasında yazıb: "Ümid edirik ki, hər iki tərəf bu vacib addımı tamamlamaq üçün lazım olan xoşməramlılığı və ciddiliyi nümayiş etdirəcək".
Xüsusi elçi bu açıqlamanı ölkələr arasında bir neçə gün davam edən danışıqlardan sonra verib. Danışıqlar Əbu-Dabi, Moskva və Dublində baş tutub. Bu danışıqlarda ABŞ-ı təmsil edən Cared Kuşner və həmkarı Stiv Vitkov Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Amerikalı danışıqçılar münaqişənin həllində əldə edilən irəliləyişi yüksək qiymətləndiriblər. Cənab Kuşner yazıb: "Əhəmiyyətli fərqlər qalmaqdadır, lakin əldə edilən irəliləyiş bizi ruhlandırır. Döyüşlərə son qoyan və davamlı sülhün, suveren, təhlükəsiz və çiçəklənən Ukraynanın və daha sabit Avropanın təməlini qoyan bir irəliləyişə nail olmaq üçün lazım olan bütün çətin diplomatik işləri görəcəyik".
Əziz Mustafa






















































.jpg)
.jpg)
.jpg)



























