Rusiya kəşfiyyatı 2027-ci ildə Norveçdə təxribat planlaşdırır, - Reuters
Rusiya kəşfiyyatı 2027-ci ildə strateji Norveç obyektlərinə qarşı təxribat əməliyyatları planlaşdırır. Müdafiə sənayesi müəssisələri, eləcə də ordu ilə əlaqəli şirkətlər risk altındadır.
Oxuməni.az xəbər verir ki,bu barədə Reuters məlumat yayıb. Müvafiq xəbərdarlıq Norveç Polis Təhlükəsizlik Xidməti (PST) tərəfindən edilib. Norveç hüquq-mühafizə orqanlarının rəsmiləri qeyd edirlər ki, Rusiya ölkənin strateji əhəmiyyətli obyektlərinə qarşı təxribat əməliyyatları hazırlaya bilər.
Qeyd edilir ki, Rusiya kəşfiyyatı müdafiə şirkətlərinə və hərbi sənayeni təchiz edənlərə xüsusi diqqət yetirir. Potensial hədəflər arasında enerji sektoru obyektləri də var. Kəşfiyyat xidməti xəbərdarlıq edir ki, təxribat təhlükəsi gələn il ərzində daha da güclənə bilər. Eyni zamanda, konkret hədəflər haqqında məlumatlar hələlik konkret hücumların həyata keçirilməsi ilə bağlı yekun qərarın verildiyini göstərmir.
Əziz MUSTAFA










































.jpg)
.jpg)
.jpg)







































