Tanınmış şirkət rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib
Təxminən 4 trilyon ABŞ dolları həcmində bazar kapitallaşmasına malik “Nvidia” korporasiyasında həmtəsisçi və baş icraçı direktor Censen Huangın fəaliyyəti ilə bağlı yayılan məlumatlar fonunda ciddi korporativ idarəetmə böhranı yaranıb. “Reuters” agentliyinin məlumatına əsasən, 11 üzvdən ibarət direktorlar şurası 63 yaşlı rəhbərin tutduğu vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün toplanıb.
Müzakirələrə şirkət rəhbərinin korporativ etika normalarına zidd olan şəxsi münasibətləri və təhlükəsizlik baxımından risk yaradan mümkün xarici təmasları səbəb olub. Belə ki, ABŞ kəşfiyyat strukturları Sinqapurda fəaliyyət göstərmiş biznes nümayəndəsi Alis Huangın Çinlə əlaqələrini və “Nvidia” çiplərinin Çin bazarına ötürülməsindəki ehtimal olunan rolunu araşdırır. Eyni zamanda Censen Huang kollektivə rəsmi müraciətində həyat yoldaşına xəyanət etdiyini etiraf edərək üzr istəyib. Eyni zamanda, “The New York Times” nəşri onun tabeliyində çalışan digər əməkdaşla da münasibətdə olduğuna dair təsdiqlənməmiş məlumatlar dərc edib.
1993-cü ildə təsis etdiyi şirkəti süni intellekt infrastrukturunun qlobal liderinə çevirən və nizamnamə kapitalının təxminən 3,6 faizinə sahib olan Huangın mümkün istefası və ya vəzifədən kənarlaşdırılması şirkətdə ciddi varislik riski formalaşdırır. Hazırda şirkət daxilində onun strateji nüfuzunu tam əvəz edə biləcək birbaşa namizəd müşahidə olunmur. Müvəqqəti icraçı direktor postuna maliyyə direktoru Kolet Kressin, digər ehtimal olunan namizədlər sırasına isə məlumat mərkəzləri seqmentinin rəhbəri İan Bakın adı daxil edilib.
Baş verən hadisələr maliyyə bazarlarında dərhal neqativ reaksiya doğurub. İdarəetmə dəyişikliyi ehtimalı ilə bağlı xəbərlərdən sonra “Nvidia” səhmləri birjadankənar (after-hours) ticarət sessiyasında 8 faizdən çox dəyər itirərək şirkətin bazar kapitallaşmasının təxminən 600 milyard dollar azalması riskini yaradıb. Paralel olaraq, ABŞ qanunvericiləri Çinə yüksək texnologiyalı çip ixracı üzərində nəzarətin sərtləşdirilməsini və Censen Huangın Konqres qarşısında rəsmi izahat verməsini tələb edirlər.
Analitiklərin fikrincə, direktorlar şurasının verəcəyi yekun qərar təkcə şirkətin daxili idarəetmə modelini deyil, həm də qlobal süni intellekt sektorundakı investisiya mühitini və bazar balansını müəyyənləşdirəcək...
Şahmurad


















.jpg)
.jpg)
.jpg)


























.jpg)



































