İstanbuldan Sankt-Peterburqa uçan və Helsinkiyə enən sərnişin təyyarəsi Türkiyəyə qayıdıb
Dünən gecə İstanbuldan Sankt-Peterburqa uçan və Helsinkiyə enən sərnişin təyyarəsi Türkiyəyə qayıdıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Hava nəqliyyatının idarə olunmasındakı mənbə TASS-a bildirib.
"Finlandiya paytaxtındakı hava limanında iki saat qaldıqdan sonra təyyarə əks istiqamətdə yola düşüb və indi İstanbula enib", - agentliyin mənbəsi bildirib. O, təyyarənin Sankt-Peterburq hava limanındakı təhlükəsizlik məhdudiyyətləri səbəbindən istiqamətini dəyişdiyini xatırladıb.
Gecə yarısından sonra Rosaviasiya uçuş təhlükəsizliyi səbəbindən Sankt-Peterburqdakı Pulkovo hava limanında təyyarələrin giriş-çıxışına məhdudiyyətlər elan edib. Agentliyin məlumatına görə, məhdudiyyətlər aradan qaldırılıb.
TASS mənbəyi bildirib ki, tətbiq olunan təhlükəsizlik məhdudiyyətləri səbəbindən İstanbul və Hurghadadan Sankt-Peterburqa uçan iki sərnişin təyyarəsi Helsinki Beynəlxalq Hava Limanına eniş edib. Hurghadadan Sankt-Peterburqa uçan başqa bir təyyarənin ekipajı Litva hava məkanında olarkən Kalininqrada eniş etmək qərarına gəldi.
Əziz MUSTAFA

















.jpg)














































.jpg)


















