İrlandiyaya səfəri zamanı ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cillə süd qutuları atıblar

İrlandiyaya səfəri zamanı ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cillə süd qutuları atıblar

09:12
Bəyəndim (0) Bəyənmədim (0)

. Fələstin tərəfdarı etirazçılar Dublin Triniti Kollecinə səfərləri zamanı keçmiş ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cillə süd qutuları atıblar. Oxuməni.az xəbər verir ki, bu barədə Telegraph çərşənbə axşamı məlumat yayıb.

Qəzetin məlumatına görə, etirazçılar həmçinin "Utanc", "Əllərinizə qan" və "Soyqırımçı Co" kimi şüarlar səsləndiriblər. Nümayişçilərdən biri qışqırıb: "Biz soyqırımda iştirak etməyəcəyik. Co Bayden bu kampusa buraxılmayıb".

Bir müddət əvvəl İsrail danışıqları üzrə mütəxəssis Gerşon Baskin The Times qəzetinə bildirib ki, Qəzza zolağında atəşkəs sazişinin şərtləri Baydenin Vaşinqton administrasiyası dövründə artıq hazırlanıb, lakin İsrail tərəfindən təsdiqlənməyib. Amerika tərəfi də təklif olunan razılaşmanı ciddiyə almayıb.

Əziz MUSTAFA