ABŞ səmasında tək bir səhvdən sonra iki təyyarə toqquşmadan çətinliklə yayındı
Pilot səhvindən sonra iki sərnişin təyyarəsi ABŞ səmasında toqquşmadan çətinliklə yayındı. Oxuməni.az xəbər verir ki, bu barədə Latviyanın LTV ictimai televiziya kanalı bildirib.
Bildirilir ki, Air France və American Airlines təyyarələri 7 noyabrda Los-Anceles Beynəlxalq Hava Limanında fərqli uçuş-enmə zolaqlarından eyni vaxtda havaya qalxıb. Air France pilotları eniş edərkən səhv dönüş edərək digər təyyarəyə təhlükəli dərəcədə yaxınlaşıblar və bu da fəlakət riski yaradıb. Hava hərəkəti dispetçerləri vəziyyəti tez bir zamanda hiss edib və dərhal hər iki təyyarənin ekipajlarına müvafiq təlimatlar veriblər.
Risk aradan qaldırıldıqdan sonra hava hərəkəti dispetçerləri Air France pilotlarından izahat istəyiblər, lakin heç bir cavab almayıblar. Hazırda araşdırma davam edir.
Daha əvvəl təyyarə ABŞ hava limanına eniş edərkən az qala başqa bir təyyarə ilə toqquşacaqdı. Hadisə Kentukki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli Beynəlxalq Hava Limanında baş verib.
Əziz Mustafa


















.jpg)















































.jpg)
















