Britaniyalı əsgər NATO təlimi zamanı telefondan SIM kartını çıxarmaqdan imtina etdiyinə görə, həbs cəzasına məhkum edilib
Hakerlər Britaniya kapral Daniel Barton-Kennedinin telefonunu sındırıblar.
Oxuməni.az xəbər verir ki, bunu The I Paper məhkəmə sənədlərinə istinadən bəyan edib. Məlumata görə, kapral Estoniyada NATO təlimi zamanı SIM kartını çıxarmaqdan imtina etdikdən sonra 10 ay həbs cəzasına məhkum edilib.
Qeyd olunur ki, Britaniya hərbçiləri ölkəni tərk edərkən telefonlarından SIM kartları çıxarmalı, geolokasiyanı deaktiv etməli və təhlükəsizlik məqsədləri üçün yalnız Böyük Britaniya Müdafiə Nazirliyinin etibarlı şəxsi şəbəkəsindən istifadə etməlidirlər. Barton-Kennedi bu tələbi qulaqardına vurub.
Estoniyanın Tapa şəhərindəki NATO təlim mərkəzinə çatdıqdan sonra Britaniya əsgəri naməlum şəxsdən çılpaq fotoşəkilləri və kapralın sosial media hesablarına keçidləri olan mesajlar alıb. Qəzet əlavə edib ki, Barton-Kennedi hakerə sızmanın qarşısını almaq üçün 350 funt sterlinq (38.000 rubldan çox) ödəyib, lakin o, daha sonra hadisəni öz tağım komandirinə bildirib.
Böyük Britaniyadakı Ketterick Qarnizon Hərbi Məhkəməsi Barton-Kennedini 10 ay həbs cəzasına məhkum edib və onu kapral rütbəsinə endirib. Hərbi məhkəmənin məlumatına görə, hakerin şəxsiyyəti hələ də məlum deyil.
Əziz Mustafa































.jpg)




















































