Viktor Orbanın qardaşı insan alveri şübhəsi ilə saxlanılıb
Macarıstanın Baş naziri Peter Magyar, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın qardaşı, iş adamı Aron Orbanın insan alveri şübhəsi ilə həbs olunduğunu elan etdi. Oxuməni.az xəbər verir ki, Magyar bunu Facebook-da yazıb.
"Mediada yayılan məlumatlara görə, Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb", - Magyar yazıb.
O, həmçinin qeyd edib ki, Macarıstan Aktivlərinin Bərpası və Qorunması İdarəsi və Milli Təhqiqat Bürosu araşdırmalarını davam etdirir.
Viktor Orban Facebook səhifəsində vəziyyəti "çirkli oyun" adlandırıb və yeni Macarıstan hökumətinin məqsədinin siyasi rəqibi aradan qaldırmaq və təkpartiyalı sistem qurmaq olduğunu vurğulayıb.
"Hədəf mənəm, qardaşım isə sadəcə olaraq bu işdə bəhanədir", - Orban vurğulayıb.
Economx xəbər verir ki, hakimiyyət orqanları hələlik Orbanın qardaşının saxlanılmasını və ya bunun səbəbini təsdiqləməyib.
Bununla belə Budapeştdə və Pest qraflığının iki şəhərində birgə əməliyyat keçirildiyi və bir neçə nəfərin həbs olunduğu bildirilib. Kontroll-a görə, Aron Orbanın da bu işdə iştirakı ola bilər.
Əziz Mustafa














.jpg)





































































