Almaniyada tələbələr kütləvi tətillərə başlamağı planlaşdırır
Gen Z gənc tələbə dərnəyi regelt! Studis (“Z nəsli qərar verir! Tələbələr”) noyabrın 20-də ümumavropa etirazlarına qoşulmaq və Almaniya universitetlərində kütləvi tətillər təşkil etmək niyyətini açıqlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Die Tageszeitung” qəzeti məlumat yayıb. Fəalların fikrincə, onların əsas vəzifəsi universitetlərdə tədris prosesini mümkün qədər dayandırmaqdır. Hərəkatın təsis toplantısında Almaniyanın 35 universitetinin tələbələrini təmsil edən 90-dan çox nümayəndə iştirak edib.
Aksiyaların keçirilməsi ilə bağlı yekun qərar etiraz aksiyaları ərəfəsində bir sıra təhsil müəssisələrində təşkil olunan ümumi tələbə yığıncaqlarında qəbul edilməlidir. Təşkilatçılar kütləvi dəstəyə ümid edir və kiçik yerli tədbirlərlə məhdudlaşmaq niyyətində olmadıqlarını vurğulayırlar.
Fəallar Almaniya federal hökumətinə koordinasiyalı təzyiq göstərməyi planlaşdırırlar. Onların tələblərinə təhsilə dövlət tərəfindən ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması, akademik heyət üçün qısamüddətli əmək müqavilələrinin bağlanmasına qadağa, sərvət vergisi və universitetlərdə hərbi tədqiqatlara son qoyulması daxildir. Bundan başqa, hərəkat iştirakçıları Almaniya kansleri və Xristian Demokrat İttifaqının lideri Fridrix Merzin istefasını müdafiə edirlər.
Bundan əvvəl Almaniyanın “Bild” qəzeti etiraz hərəkatının sözçüsünə istinadən yazıb ki, “Z nəsli qərar verir” təşəbbüsü çərçivəsində oktyabrın 31-də Almaniyada keçirilən gənclər nümayişlərində 100 minə yaxın adam iştirak edib.
Bundan əvvəl yüzə yaxın Berlin məktəblisi hərbi xidmətə etiraz edib.
Əziz Mustafa













.jpg)






































































