Senatdakı müxalifət lideri  Pakistan rəhbərliyini Yəməndəki münaqişəyə cəlb olunmaqdan çəkinməyə çağırıb

Senatdakı müxalifət lideri Pakistan rəhbərliyini Yəməndəki münaqişəyə cəlb olunmaqdan çəkinməyə çağırıb

15:12
Bəyəndim (1) Bəyənmədim (0)


İslamabadda Pakistan Senatının müxalifət lideri Əllamə Raca Nasir Abbas hökuməti ölkəni Yəməndəki münaqişəyə sürükləməməyə və vasitəçilik roluna diqqət yetirməyə çağırıb. O, 2015-ci il parlamentin yekdil qərarından uzaqlaşmanın Pakistanın milli maraqlarına zərər verəcəyini bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Dawn nəşrinin məlumatında deyilir.

Abbas “Məclisi Vəhdət-i Müsəlmanlar Partiyası”nın təşkil etdiyi “Şühəda-i-Müqəvamət və Təcdidi-Əhd” konfransında çıxış edib. O xatırladıb ki, Pakistan parlamenti 2015-ci ildə yekdilliklə Yəməndəki müharibədə iştirak etməmək və oraya hərbi personal göndərməmək barədə qərar verib.

Müxalifətçi siyasətçi Pakistanın münaqişəyə cəlb olunmasının məntiqini şübhə altına alıb və hökuməti ölkəni təhlükəli adlandırdığı vəziyyətdən çıxarmağa çağırıb. Yəmən Pakistana vasitəçilik rolunu təklif edib. Abbas bildirib ki, o, məsələnin həssaslığı ilə bağlı baş nazirə məktub yazıb və həmçinin xarici işlər nazirinə Pakistanın eyni zamanda necə münaqişə tərəfi və vasitəçi kimi çıxış edə biləcəyini soruşub.

O, hakimiyyəti dövləti başqa bir müsəlman ölkəsinə qarşı müharibəyə sürükləməkdənsə, atəşkəsə, danışıqlara və regional sülhə nail olmağa çağırıb. Abbas həmçinin Yəmənə qarşı hücumları pisləyib və deyib ki, bu ölkə xalqı fələstinliləri dəstəklədiyinə və İsrailin hərəkətlərinə qarşı çıxdığına görə cəzalandırılır.

Əziz MUSTAFA