Rusiyanın ən böyük neft emalı zavodlarından biri yanır

Rusiyanın ən böyük neft emalı zavodlarından biri yanır

07:46
Bəyəndim (0) Bəyənmədim (0)


Kirişinefteorgsintez neft emalı zavodu yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Kirişi Neft Emalı Zavodu ildə təxminən 20 milyon ton neft emal gücü ilə Rusiyanın ən böyük zavodlarından biri hesab olunur.
Rusiyanın Leninqrad vilayətində pilotsuz təyyarənin hücumundan sonra Kirişi neft emalı zavodunda yanğın baş verib.

Oxuməni.az xəbər verır kı: ASTRA OSINT analitikləri bildiriblər. Onlar təsdiqləyiblər ki, yayımlanan videolarda müəssisənin ərazisində yanğın baş verib.
Zavod Sankt-Peterburqdan təxminən 100 km cənub-şərqdə, Kirişi şəhərində yerləşir. O, Surqutnaftoqaz qrupuna aiddir və Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Kirişinin sənaye zonasına dron hücumu edildiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiəsi bölgə üzərində 81 pilotsuz uçan aparatı vurub.

Yerli sakinlər zavodun ərazisində hava hücumundan müdafiə əməliyyatları və güclü partlayışlar olduğunu bildiriblər. Stroiteley küçəsindəki yaşayış binasının sakinlərinin təxliyəsi barədə də məlumat var.

Əziz MUSTAFA