Rusiyanın Saratov şəhərindəki Neft Emalı Zavoduna dronlar hücum edib
7 Noyabr gecəsi Rusiyanın bir neçə bölgəsində partlayışlar baş verib. Xüsusilə, Saratovda yerli neft emalı zavoduna Müdafiə Qüvvələri zərbə endirib.
Oxuməni.az xəbər verir ki, bu barədə video və şahid şəkillərini də dərc edən Telegram monitorinq kanalı Exilenova+ məlumat yayıb. Səhər saat 6:00 radələrində Müdafiə Qüvvələrinin Saratov Neft Emalı Zavoduna hücum etdiyi məlum olub.
"Hücum PUA-ları Saratov Neft Emalı Zavoduna zərbələr endirib. Zavodda zərbələrdən sonra yanğın başlayıb, partlayışlar ara vermir. Güclü yanğın şəhərin müxtəlif yerlərindən görünür", - deyə məlumatda bildirilir.
Sosial media həmçinin bildirib ki, "Saratovdakı bəzi PUA-lar elektron müharibə sistemləri tərəfindən neytrallaşdırılıb. Bu da onların marşrutlarından yayınmasına və şəhər hüdudlarında qəzaya uğramasına səbəb olub".
Əziz MUSTAFA




















































































